Modern.az

İt 400 kilometr yol gedib evinə qayıtdı

 İt 400 kilometr yol gedib evinə qayıtdı

27 Aprel 2016, 22:56

 

Pero ləqəbli çoban iti öz evinə qayıtmaq üçün Uelsdən İngiltərəyə təxminən 400 kilometr yol keçib. Modern.az xarici mediaya istinadən bildirir ki, mart ayının əvvəlində Uelsin Penrinkok kəndindəki Ceyms ailəsi Peronu İngiltərənin Kokermut yaşayış yerindəki yerli fermerə yardım üçün işgüzar “ezamiyyətə” yollayıb.

Sshibi fikirləşib ki, Pero çobanın təsərrüfat işlərini əla yerinə yetirə bilər.

Ancaq it təxminən 400 kilometrlik yolu keçərək İngiltərədən Uelsdəki öz evinə qayıdıb.

“Biz şoka düşdük, it mənim ərimi görəndə ağlı başından çıxdı”, - itin sahibəsi Şen Ceyms deyib.

Ceyms ailəsi üçün Peronun qayıdşı əməlli-başlı təəccüb doğurub.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir