Modern.az

Eros Ramazzotti Bakıda konsert verdi

Eros Ramazzotti Bakıda konsert verdi

Təhsil

28 Aprel 2016, 11:49



Aprelin 27-i Bakı Kristal Zalında dünya şöhrətli ulduz, italyan müğənnisi və bəstəkarı Eros Ramazzottinin konserti keçirilib.

Romantik balladalar kralı Ramazzottinin "Perfetto" adlı dünya turnesi çərçivəsində keçirilən konserti Bakı sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Eros Ramazzotti nəinki görkəmli vokal göstəricilərə, həm də bənzərsiz ifa tərzi, özünəməxsus xarizma, kişi cazibəsi və maqnetizmə malikdir.

Mahnıların ən səmimi ifaçısı kimi dünya şöhrətini qazanan milyonların sevimlisi Eros Ramazzotti şou-proqram zamanı tamaşaçılara "Perfetto" albomundan özünün xitlərini və yeni kompozisiyalarını təqdim edib.

Sayca 13-cü olan "Perfetto" albomu 2015-ci ilin 12 may tarixində işıq üzü görüb. O, dünyanın 60 ölkəsində ən çox satılan albomlarının top-onluğuna daxil ola bilib.

Eros Ramazottinin möhtəşəm şousu gözəl səhnə dekorasiyaları, unikal işıq effektləri və xüsusi olaraq bu şou üçün hazırlanmış nəhəng videoekranla, ən əsası isə çox gözəl musiqi və üslubla müşayiət olunub.

Konsertdı Eros özünü musiqiçi kimi də göstərib: "Stella Gemella" mahnısı zamanı gitarada solo, "Tra vent'anni" mahnısı - fortepianoda, və nəhayət, finalda "Un angelo disteso al sole" zamanı akustik gitarada solo ifa edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...