Modern.az

İlqar Məmmədovla Tofiq Yaqublunun növbəti məhkəməsinin vaxtı BİLİNDİ

İlqar Məmmədovla Tofiq Yaqublunun növbəti məhkəməsinin vaxtı BİLİNDİ

Təhsil

28 Aprel 2016, 12:02

İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsinin vaxtı açıqlanıb.

Modern.az saytı xəbər verir ki, bu haqda vəkil Fuad Ağayev məlumat verib.

O qeyd edib ki, bu barədə ona Şəki Apellyasiya Məhkəməsindən məlumat verilib. 

F.Ağayev İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarının mayın 3-də saat 10-da elan olunacağını bildirsə də, daha sonra dəyişiklik baş verdiyini deyib:

“Şəki Apellyasiya Məhkəməsindən yenidən zəng vurub dedilər ki, anlaşılmazlıq olub. İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarını sabah saat 17-də elan edəcəklər”.

T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib. Ali məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb.

Xatırladaq ki, Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına əsasən, azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.   

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...