
Rusiyanın İrkutsk vilayətində əslən Azərbaycandan olan Əliyev Ramal Fərman oğlu itkin düşüb.
Modern.az İrkutsk polisinə istinadən xəbər verir ki, Ramal Əliyev fevralın 23-də evdən çxıb və Mərkəzi bazara gedib. Həmin gündən sonra onun haqqında heç bir məlumat yoxdur.
Onun əlamələri: 30 yaşlarında, 165-167 sm boyunda, orta bədən quruluşlu, əynində qara gödəkçə, boz şalvar və dəri ayaqqabı olub.
Vüqar İsmayılov