
Rusiya İstintaq Komitəsində milyarder Solomon Manaşirova qarşı vergi ödəmədiyi üçün cinayət işi açılıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, o, ticarət mərkəzləri və müəssisələrin gəlirlərini gizlətməkdə şübhəli bilinir. Solomon Manaşirovun vergidən gizlətdiyi məbləğin 500 milyon rubl olduğu deyilir.
2015-ci ilin noyabrayında Solomon Manaşirovun qardaşı, milyarder Roman Manaşirov da həbs edilib. O, Daxili İşlər Nazirliyinin müstəntiqlərinə dostu olan biznesmenlərə qarşı açılan cinayət işinin bağlanması müqabilində rüşvət verməkdə təqsirkar hesab olunur.
Manaşirov qardaşları 1990-cı illərin ortalarından bizneslə məşğuldurlar. Onlar Moskvada daşınmaz əmlakın kommersiyası sayəsində milyarder olublar.
Roman Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb.
Modern.az