Modern.az

Barak və Mişel Obamanın sevgi tarixindən film çəkildi - VİDEO

Barak və Mişel Obamanın sevgi tarixindən film çəkildi - VİDEO

29 Aprel 2016, 13:12


Rejissor Riçard Tannanın “Sautsayd səninlədir” filmində ABŞ-ın indiki prezidenti Barak Obamanın tələbəlik illərindəki sevgisindən bəhs edir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, filmin ssenari müəllifi və rejissoru Barak Obamanın və onun həyat yoldaşı Mişel Obamanın sevgi romanından söhbət açır.

Hadisələr Çikaqonun Saytsayd rayonunda cərəyan edir. 1989-cu ildə Harvard Universitetinin hüquq məktəbinin tələbəsi olan Barak Obama yayda hüquq firmasında işləyərkən gənc Mişel Robinsonla tanış olur.

Çəkilən filmin ilk kadrları 2015-ci ildə ortaya çıxıb. O zaman tamaşaçılar baş rolların ifaçıları Parker Soyers və Tiki Sampterin Barak və Mişel Obamalarla heyrətamiz oxşarlığını qeyd ediblər.

 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir