Modern.az

“Avroviziya”dan ermənilərə QADAĞA

“Avroviziya”dan ermənilərə QADAĞA

Təhsil

29 Aprel 2016, 13:16

Builki “Avroviziya” müsabiqəsinin təşkilatçıları 2016-cı ilin “bayraq siyasətini” təqdim edib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “Avroviziya” təkşilatçıları mayın əvvəllərində İsveçdə baş tutacaq yarımfinal və final konsertlərinə bəzi bayraqların gətirilməsini qadağan edib.

Qadağan olunmuş bayraqlar arasında Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı da var. 

Bununla yanaşı, Kosovo, Basklar ölkəsi, Krım və Fələstin bayraqlarını da arenaya gətirmək qadağan edilib.


Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı