Modern.az

Polislərin vətəndaşları saxlamaq qaydalarından DƏYİŞİKLİK

Polislərin vətəndaşları saxlamaq qaydalarından DƏYİŞİKLİK

Təhsil

29 Aprel 2016, 14:40


Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Polis haqqında" qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər edilməsi layihəsi müzakirəyə çıxarılıb.

Belə ki, maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbi, şübhənin mahiyyətini bildirməli olacaq.

Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə" izah etməlidir.

Dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib.

Aytən Zəhra

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı