Modern.az

Fuad Muradov seçicilərini qəbul etdi - FOTO

Fuad Muradov seçicilərini qəbul etdi - FOTO

Təhsil

29 Aprel 2016, 16:49

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 25 seçici ilə görüşüb.

Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Ünvanlanan müraciətlər arasında əsasən iş, sənədləşmə, sosial məsələlər, idman yarışları ilə bağlı təkliflər və s. üstünlük təşkil edib.

Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Problemlərin həlli istiqamətində zəruri olan ərizə və sənədlər götürülüb, bəziləri aidiyyəti orqanlara yönləndirilib.  







Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı