Modern.az

Erməni ailəsini qətlə yetirən rus əsgər: “Səs-küy salırdılar, öldürdüm”

Erməni ailəsini qətlə yetirən rus əsgər: “Səs-küy salırdılar, öldürdüm”

Təhsil

29 Aprel 2016, 17:19

Ötən il Ermənistanın Gümrü şəhərində 7 nəfərdən ibarət erməni ailəsini qətlə yetirən rusiyalı əsgər Valeri Permyakov öz cinaytinin motivlərini izah edib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsgər 2 yaşlı və 6 aylıq körpələri qətlə yetirməsinin səbəblərini bu cür izah edib.

“Uşaqlar səs-küy salırdılar, çöldə isə itlər hürürdü. Onlari öldürdüm ki, bu səs-küy dayansın”.

Valeri Permyakov cinayəti tam şəkildə etiraf edib.

Cinayət hadisəsi 2015-ci il yanvarın 12-də törədilmişdi. Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazadan qaçan Permyakov şəhərdəki evlərdən birinə daxil olaraq, Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Türkiyə ilə sərhəddə yaxalanan əsgər 2015-ci il martından  məhkəmə qarşısına çıxarılıb.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı