Modern.az

Helikopter qəzaya uğrayıb - 15 neftçi dənizə düşüb

Helikopter qəzaya uğrayıb - 15 neftçi dənizə düşüb

29 Aprel 2016, 16:33

Norveç sahilləri yaxınlığında neftçiləri daşıyan helikopter qəzaya uğrayıb.

“Euronews” telekanalı xəbər verir ki, hadisə Norveçin cənub-qərb sahilində yerləşən Bergen şəhəri yaxınlığında baş verib. Helikopterin göyərtəsində ən azı 15 nəfərin olduğu bildirilir. O, Norveç kontinental şelfində işləyən neft şirkətlərindən birinə məxsus olub.

Şahidlər partlayış səsinin eşidildiyini deyirlər. Qəzanın baş verdiyi ərazinin üzərində qatı tüstü müşahidə edilib. Xilasedici kater və helikopterlər hadisə yerinə yollanıb. Qəzanın baş vermə səbəbi hələ ki məlum deyil.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır