Modern.az

Stressdən xilas olmağın 6 üsulu

Stressdən xilas olmağın 6 üsulu

İqtisadiyyat

7 Yanvar 2011, 18:11

Stress insan həyatına negativ təsir edir, dolayı və birbaşa bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Düzgün düşünməyi və yaddaşı zəiflədən stressə qarşı mübarizə etmək insanın öz əlindədir.
Modern.az-ın məlumatına görə, mütəxəssislər deyirlər ki, insanlar öz daxili gücü hesabına gərginliyi aradan qaldıra, fiziki və zehni baxımdan rahatlaya, psixoloji sağlamlıq üçün pozitiv olmağı bacara bilərlər.

Psixoloqlar aşağıdakı faktorları stressdən xilas olmaq üçün vacib hesab edir. 

İdman etmək insanı xöşbəxt edir: daimi idman etmək stressdən azad omağa kömək edir və psixologiyada müsbət dəyişikliklər yaradır.

Müsiqi ruhun qidasıdır: beyninizi və bədəninizi rahatlaşdıran musiqilərə qulaq asın. Hətta iş yerinizdə də sevdiyiniz musiqilərə qulaq asmaq, iş bacarığınızı artıra bilər.

C vitaminindən çox istifidə etmək: xəstiklərə qarşı mübariz olmağınız üçün gündə iki dəfə C vitamini qəbul edin. Psixoloqlara görə, vitamin stressi azaldan və hətta insana xöşbəxtlik bəxş edən önəmli bir vasitədir.

Gülümsəməyi yaddan çıxarmayın: gülümsəyərək hadisələrə yanaşma tərziniz sizi stressdən xilas edə bilər. Günə gülərək başlamağa çalışın.

Rəngarəng güllər: Yaşadığınız və ya işlədiyiniz yerlərdə gözəl ətirli, müxtəlif rəngarəng güllər stressdən xilas oilmağa kömək edə bilər. 

Həyatınızı nizama salmalısınız: Həyatınızı səhmana salmaqla problemlərlə qarşılaşama riskini azalda bilərsiz. Bu stress faktını da minimuma endirir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı