Modern.az

İsti Hindistanda 300 nəfərdən çox adamı öldürdü

 İsti Hindistanda 300 nəfərdən çox adamı öldürdü

29 Aprel 2016, 20:01

 

Hindistanda havaların isti keçməsi səbəbindən aprel ayının əvvəlindən ölənlərin sayı 300-ü ötüb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Telenqana ştatında 137, Odişe ştatında 119 nəfər həyatını itirib.

Məlumatda qeyd edilir ki, Bihar ştatında isti hava və yanğınlar zamanı 66 nəfər ölüb. Havanın hərarətinin 42 dərəcəyə çatdığı Bihar hakimiyyəti səhər saat 9-dan 18:00-a qədər ocaq qalayıb yemək bişirməyi qadağan edib.

Bundan əlavə, odla ayinlər keçirilməsi, məhsul yığılandan sonra sahələrə od vurulması da yasaqlanıb. Hindistan meteorologiya departamentinin məlumatına görə, bu il aprel ayından iyuna qədərki isti hava mövsümündə havanın hərarətinin normadan 1 dərəcə yüksək olacaq.

Rəsmi statistikaya görə, ötən il istilərdən Hindistanda 2135, 2014-cü ildə 549 və ondan bir il əvvəl 1433 nəfər ölüb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir