Modern.az

Rusiya səfirliyinin hasarı dağıldı: 4 nəfər öldü

 Rusiya səfirliyinin hasarı dağıldı:   4 nəfər öldü

29 Aprel 2016, 21:09

 

Keniyanın paytaxtı Nayrobidə sel gəlməsi nəticəsində Rusiyanın bu ölkədəki səfirliyinin binasının divarı dağılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, hadisə zamanı 4 nəfər həlak olub.

Məlumatda qeyd edilir ki, divar Rusiyanın diplomatik nümayəndəliyinin yerləşdiyi  Lenana küçəsinə tərəf uçub. Bu zaman orada olan adamlar dağıntılar altından xilas olmağa cəhd etsələr də, 4 nəfər xilas ola bilməyib.  Ölənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı hələ ki bilinmir.                                 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir