Modern.az

Yəməndə terror törədildi: ölənlər var

Yəməndə terror törədildi: ölənlər var

Dünya

1 May 2016, 17:27



Yəmənin paytaxtı Adendə minlanmış avtomobil partladılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, hücumun hədəfinin ölkənin rəsmi şəxslərinin olması  güman edilir.

Digər versiyaya görə, partlayışı Aden şəhəri təhlükəsizlik xidmətinin rəisinin həyatına sui-qəsd cəhdi olub. Minalanan avtomobil onun kortejinin yanında partlayıb.

Təhlükəsizlik rəisini müşayiət edən 5 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Başqa bir məlumata görə, kortejdə Aden şəhərinin qubernatoru da olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!