Modern.az

Alimlər kişilərdə kecəlləşmənin səbəbini tapıblar

Alimlər kişilərdə kecəlləşmənin səbəbini tapıblar

İqtisadiyyat

8 Yanvar 2011, 15:21

ABŞ-ın Pensilvaniya Universitetinin araşdırmaçıları kişilərdə keçəlləşmənin səbəbini tapıblar. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pensilvaniya Universitetində kişilərin saçlarının tökülməsinin əsas səbəblərini tapmaq üçün araşdırma aparılıb.

Araşdırmaçılara görə, keçəllik sadəcə sac tökülməsi deyil. Bu problem yeni çıxan saçlara görə baş verir. Beləki, yeni çıxan saçlar həddindən artıq zəif olur və gözlə görülmür. Mütəxəssislər yeni saçları yaradan kök hüceyrələrinə diqqət edilməsini söyləyiblər. Bu hüceyrələrin normal vəziyyətdə sağlamaqla saçların tökülməsinin qarşısını almaq olar.

Mütəxəssislər saç əkdirən kişilərin başlarındakı saçlı və saçsız nahiyələri müqayisə edərək bu nəticəyə gəliblər.

Bu müqayisələrdə kecəl və saçlı hissələrdə eyni sayda saç yaradan hüçeyrələrin olduğu, amma kecəl nahiyədə bu hüceyrələrin aktiv olmadığı üzə çıxıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI