Modern.az

İraqdakı terror aktında 38 nəfər ölüb, 86 nəfər yaralanıb

 İraqdakı terror aktında  38 nəfər ölüb, 86 nəfər yaralanıb

Dünya

1 May 2016, 20:59


İraqın cənubunda, Əs-Səməva şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 38-ə çatıb, 86 nəfər yaralanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bundan əvvəl 33 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilirdi. Bu gün Əs-Səməva şəhərinin mərkəzində iki minalanmış avtomobil partladılıb. Maşınlardan biri inzibatı bina, digəri isə avtobus dayanacağı yaxınlığında partlayıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür