Modern.az

İran səfirliyindən TƏKZİB

İran səfirliyindən TƏKZİB

Təhsil

2 May 2016, 10:35

Tehranda qondarma  “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməyib.

Bu barədə Modern.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin müdiri  Məhəmmədrza Nəcəfi bildirib.

Onun sözlərinə görə, guya həmin aksiyada Azərbaycan əleyhinə şüarlar səsləndirilməsi barədə bəzi KİV tərəfindən yayılan məlumatlar əsassızdır.

Səfirlik rəsmisi deyib ki,  bu kimi xəbərlər günü-gündən inkişaf edən Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır. 

Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran -Azərbaycan əlaqələrinin inkişafında müsbət rola malik olmağa çağırıb.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə