Modern.az

Lavrov və Kerri yenidən Qarabağdakı vəziyyəti müzakirə edib

  Lavrov və Kerri yenidən Qarabağdakı vəziyyəti müzakirə edib

Təhsil

2 May 2016, 21:31

 

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.  

“Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar”-, məlumatda deyilir.  

ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...