Modern.az

İranda təyyarə qəzası 74 nəfərin ölümünə səbəb olub

İranda təyyarə qəzası 74 nəfərin ölümünə səbəb olub

Dünya

10 Yanvar 2011, 09:34

Tehrandan Urmiya şəhərinə uçan "İranAir" şirkətinə məxsus təyyarə hava limanına 15 kilometr qalmış məcburi eniş vaxtı qəzaya uğrayıb.
Hadisə nəticəsində 74 adam ölüb, 30-dan artıq sərnişinin isə xəsarət aldığı bildirilir.

 

Verilən məlumata görə, pis hava şəraitində pilotlar təyyarəni birinci dəfədən yerə endirə bilməyiblər. İkinci dəfə həyata keçirilən eniş vaxtı isə BOİNG 727 qəzaya uğrayıb.

 

İran mətbuatı xəbər verir ki, təyyarə havaya nəzərdə tutulduğundan bir saat gec qalxıb.

 

Eniş zolağına çatmamış açıq səhrada yerə eniş edən təyyarənin bir neçə hissəyə bölündüyü xəbər verilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir