Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin “Seysmoloji və geodinamik tədqiqatlar” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədlinin yeni kitabı nəşr olunub. “Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi” adlı kitab beş bölmədən ibarətdir. Kitabda Azərbaycan ərazisinin seysmikliyinin öyrənilməsinə həsr olunmuş tədqiqat işlərinin geniş analizi verilib.
Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib.
Respublika ərazisində zəif seysmikliyin təzahürü xüsusiyyətlərinin araşdıran müəllif onların əsasında seysmikliktörədən zonaların müəyyənləşdirilməsi metodunu hazırlayıb. Həmçinin kitabda güclü zəlzələlərin baş verdiyi seysmikliktörədən zonaların geodinamik proseslərlə əlaqəsinin müəyyənləşdirilməsinə geniş yer verilib. Kitabda Azərbaycan ərazisinin seysmik təhlükəlilik səviyyəsi yeni məlumatlar əsasında qiymətləndirilib.
Kitab sesysmologiiya, seysmotektonika və geodinamika sahəsində çalışan mütəxəssislər, eləcə də bu sahələrlə maraqlananlar üçün nəzərdə tutulub.