NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin komandanı Kertis Skaparotti alyansın Rusiya ilə mübarizəyə hazır olmasının vacibliyindən danışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.“NATO özünü dünya gücü kimi görməyi hədəfləyən dirçələn Rusiya ilə mübarizəyə hazır olmalıdır.
Bu təhlükəyə reaksiya vermək üçün döyüş hazırlığımızı daim yüksək səviyyədə saxlamalıyıq”.
Skaparotti miqrant böhranı və terrorizmi də NATO üçün böyük təhlükə adlandırıb.
Kertis Skaparotti bundan əvvəl Koreyadakı ABŞ qoşunlarına komandanlıq etmişdi.
Vüqar İsmayılov