Modern.az

Nemət Pəhahlıdan növbəti ifşa ANONSU

Nemət Pəhahlıdan növbəti ifşa ANONSU

Təhsil

5 May 2016, 11:54

 

“Məndə olan video arxivlər köhnə video kasetlərdədir. Onları yeni formata, disklərə köçürtmək lazımdır. Həmin videolar hələ indiyə kimi heç bir yerdə verməyiblər. Görüntülər yeni formata salındıqdan sonra sosial şəbəkələrdə yayılacaq”.

Bu barədə Modern.az saytına açıqlamasında meydan hərəkatının öncüllərindən biri olmuş, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı söyləyib.

Partiya sədri video arxivləri köhnə kasetlərdən yeni formata köçürtmək üçün vaxta ehtiyac olduğunu bildirib:

“İndi bir az başım qarışıqdır. Bəzi video görüntüləri artıq Meydan TV-də vermişik. Bütün video görüntülərin tam nə zaman hazır olacağını demək indi çətindir.

Çünki bu işlə məşğul olanlar deyir ki, bütün görüntüləri diskə köçürtməkdən ötrü zaman lazımdır, iş çoxdur. Bəzi köhnəlmiş kasetlərdə görüntülər pis vəziyyətdədir. Hissə-hissə hazır olduqca görüntüləri “Youtube”-da verəcəyəm”. Nemət Pənahlı hələ ki, aktiv siyasətlə məşğul olmaq istəmədiyini bildirib:

“Həbsdən təzə çıxmışam. Cəmiyyətə adaptasiya olmaq üçün vaxt lazımdır. Hələ ki, hansısa fövqəladə vəziyyət olmasa indiki vəziyyətdə partiya sədri yaxud fərdi olaraq aktiv siyasətə qoşulmaq fikrim yoxdur.

Ölkədə gərək elə bir fövqəladə durum yaransın ki, mənim də aktiv siyasətə gəlməyimə ehtiyac olsun. Siyasi partiya nümayəndələri ilə görüşmək lazımdır.

Həbsdə olduğum müddət ərzində siyasətdə baş verənləri analiz etmək üçün zaman lazımdır. Hansısa siyasi bloklara yaxud birliklərə qoşulmaq ümumi tanışlıqdan sonra qərar qəbul edilə bilər”.

Mənim ümumi mövqeyim birmənalı şəkildə budur : Respublikada milli vətənpərvər qüvvələr gec tez bir araya gəlməlidir. Bir araya gəlmədən, milli birlik olmadan heç bir şey etmək mümkün deyil”-deyə partiya sədri bildirib.

Qeyd edək ki, Nemət Pənahlı  bir müddət öncə onda olan arxivləri açacağını və bununla gizli qalan bir çox məsələlərin aydın olacağını  bildirmişdi.    

Ağa AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə