Modern.az

“Səs” qəzetinin 20 yaşı tamam olur

“Səs” qəzetinin 20 yaşı tamam olur

Media

10 Yanvar 2011, 14:44

1991-ci il yanvarın 11-də nəşrə başlayan “Səs” qəzeti bu gün də ictimai-siyasi qəzet kimi öz fəaliyyətini davam etdirir və həftənin beş günü nəşr olunur. Modern.az saytının məlumatına görə, sabah “Səs” qzəetinin ad günüdür, 20 yaşı tamam olur

“Əlincə” Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayan qəzet Yeni Azərbaycan Partiyasının ideyalarını təbliğ edir.

Nəşrinin ilk illərində qəzet bır sıra tarixi missiyanı da yerinə yetirib. 1992-ci ildə 91 ziyalının mərhum dövlər başçısı Heydər Əliyevə müraciəti və Heydər Əliyevin ziyalıların müraciətinə cavabı məhz “Səs” qəzetində dərc edilmişdi.

“Səs” qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Sabiq deputat A.Əsgərov hazırda “Azərbaycan” Nəşriyyatının baş direktorudur.
2005-ci il mayın 1-dən “Səs” qəzeti Bəhruz Quliyevin baş redaktorluğu ilə nəşr olunur.

Qeyd edək ki, 2008-ci ilin avqustunda bu nəşrə aidiyyatı olan digər bir KİV- “Səs” İnformasiya Agentliyi də təsis olunub.

Modern.az saytının “Redaksiyalardan reportaı” adlı layihəsinin budəfəki ünvanı 20 yaşını qeyd edən “Səs” qəzetinin redaksiyası oldu. Bu redaksiyadan geniş reportaj və fotosessiya bir neçı saat sonra saytımızda yerləşdiriləcək.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu