“Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hadisələrin inkişafını yaxından izləyir".
Modern.az-ın xəbərinə görə bunu, jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin dediyi “status-kvo dayanıqlı deyil” bəyanatını yada salıb:
"Sülhün bərqarar olacağına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının keçiriləcəyinə ümid edirik. Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.
Milena Mard Avropa İttifaqının yüksək səviyyəli şəxslərinin Azərbaycana səfərlərini vurğulayaraq bunun Aİ-nin Cənubi Qafqaz regionuna göstərdiyi diqqətin gösətəricisi olduğunu söyləyib.
Xanım Mard mayın 18-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumunun keçiriləcəyini deyib və o, Avropa İttifaqının Azərbaycandakı işinə marağının sübutu olduğu kimi təqdim edib.
Ağa AKİFOĞLU