Modern.az

Əhməd Davudoğlunun "istefa məsləsi" DƏRİNLƏŞİR

Əhməd Davudoğlunun "istefa məsləsi" DƏRİNLƏŞİR

Təhsil

5 May 2016, 13:33


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultaya gedəcəyi və baş nazir Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı məsələlər gündəmin ən çox müzakirə olunan məsələlərindəndir.

Modern.az saytının
Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu gün AKP-nin Mərkəzi İcra Aparatında Davudoğlunun sədrliyi ilə iclas keçirilir.

AKP sədrinin (Əhməd Davudoğlu) müşaviri Hayati Yazıcı iclas öncəsi sualları cavablandırıb.

“Bunlar fövqəladə şeylərdir. Xeyirli olsun. Biz güclü bir partiyayıq. Ortaya çıxan problemlər danışılacaq, partiyamızın xətti diqqətə alınmaqla həll olunacaq. Partiyalarda bu cür problemlərin qarşısını almaq üçün ən böyük qərar orqanı qurultaydır. Xeyirli-uğrulu olsun”,-deyə o, bildirib.

Qeyd edək ki,  prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Davudoğlu arasında ciddi fikir ayrılığı səbəbindən may ayının axırlarında AKP-nin növbədənkənar qurultay keçirəcəyi gözlənilir.

Türkiyə mətbuatı yazır ki, baş nazirin istefası məsələsi də gündəmdədir.

Davudoğlu bu gün keçirəcəyi mətbuat konfransında bütün məsələlərə aydınlıq gətirəcək.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə