Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayının vaxtı bəlli olub. Modern.az NTV-yə istinadən bildirir ki, Baş nazir Əhməd Davutoğlunun sədrliyi ilə bu gün iclas keçirilib. İclasda qurultayın mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda Baş nazirin yaxın dəqiqələrdə açıqlama verəcəyi gözlənilir.
Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir. AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək. Bu vəzifəyə əsas namizədlər kimi Binali Yıldırım, Bəkir Bozdağ, Berat Albayrak, Numan Kurtulmuş və Mehmet Müəzzinoğlunun adları çəkilir.
Qeyd edək ki, fövqəladə qurultayın çağırılması mayın 4-də axşam prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun görüşündə qərara alınıb.
Aytən ZƏHRA