Modern.az

İki yeniyetmə əl-ələ tutub özlərini binadan atdlar

İki yeniyetmə əl-ələ tutub özlərini binadan atdlar

Təhsil

5 May 2016, 14:53

Yeni Urenqoyda iki yeniyetmənin eyni anda intiharının təfərrüatları məlum olub. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, 16 yaşlı Artyom X. və 15 yaşlı Yelizaveta M. özlərini binanın damından atmazdan əvvəl sosial şəbəkələrdəki akkauntlarını silərək mobil telefonlarını yandırıblar.

Hüquq-mühafizə orqanlarının ehtimalına görə, yeniyetmələrin bu dəhşətli addımı atmalarına səbəb bədbəxt məhəbbət ola bilər. Ancaq tanışlarının və dostlarının sözlərinə görə, onları yalnız dostluq əlaqələri birləşdirib, hərəsinin ayrı-ayrı ikinci yarıları olub, aralarında heç bir münaqişəli situasiya yaranmayıb.

Məlum dur ki, Artyomun anadangəlmə ciddi xəstəliyi olub. Buna görə 9-cu sinfi bitirənə qədər evdə oxuyub və yalnız sonrakı il məktəbə gedib. Faciədən əvvəl anası pedaqoqlara oğlunun mayın 10-da Moskvada növbəti dəfə müayinədən keçəcəyi haqda məlumat verib.

Yelizavetaya gəldikdə, onun doğmaları ilə münasibətinin çətin olduğu, dəfələrlə evdən qaçdığı bildirilir. Dostları qızın daim depressiyaya düşdüyünü, tez-tez binanın damına çıxaraq uzun müddət orada gəzişdiyini də deyiblər.


Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə