Modern.az

Xarici valyutada istehlak kreditləşməsi: kimə olar, kimə yox?

Xarici valyutada istehlak kreditləşməsi: kimə olar, kimə yox?

Təhsil

5 May 2016, 15:34

Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi. Bununla da Palata xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratorium aradan qalxdı.

Modern.az saytı xəbər verir ki, bu haqda iqtisadçı Samir Əliyev öz şərhində bildirib.

O qeyd edib ki, mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar:

“Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək.

Bəs, kimlər xarici valyutada istehlak krediti ala biləcək?

1. Xarici valyutada gəlirləri olan şəxslər;
2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər;

Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar”.

Ekspert deyib ki, Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir:

“Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər. 
Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsini qadağan edib.

Eyni zamanda xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə