Türkiyənin Mərsin Şəhərində Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib. Modern.az xəbər verir ki, Heydər Əliyevin doğumunun 93-cü ili Türkiyənin Mərsin şəhərinin Tarsus qəsəbəsində qeyd olunub. Tarsus Heydər Əliyev Parkında qeyd edilən tədbirə, Mərsin Böyük şəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, Xətai rayonu icra başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyə sədri Əliyar Əliyev, Tarsus Bələdiyyəsinin sədri Şövkət Can, şəhər rəsmiləri və çox sayda vətəndaş iştirak edib. Hər iki ölkənin himni oxunub.
Tədbirdə çıxış edən Mersin Böyük şəhər bələdiyyəsinin sədri Burhanəddin Kocamaz bildirib: “Tarsusda həyata keçirdiyimiz və Tarsusun böyük yükünü daşıyan Heydər Əliyev körpüsünün ardından keçdiyimiz günlərdə açılışını etdiyimiz Heydər Əliyev parkında bu tədbiri gerçəkləşdirməkdən xoşbəxtik. Könül birliyi, inanc birliyi və millət birliyi ilə əsli türk olan dövlətlərlə belə bir qardaşlığı sübut edərək Heydər Əliyev Parkında azərbaycanlı qardaşlarımızla bir araya gəldik ”.
“Tarsus Bələdiyyəsi ilə Xətai bələdiyyəsi qardaş bələdiyyə olaraq illərdir münasiblərini davam etdirib” deyən Kocamaz “bizlərdə Xətaiyə getdiyimizdə qardaşlarımızla eyni duyğulara sahib olduğumuzu gördük Bizim əslimiz, inanclarımız, mədəniyyətimiz eynidir. Bu bizlərin bir araya toplanmamıza vasitə olub. Bizdən sonrakı nəsillərində bir birini yaxşı tanıması və bu münasibətlərə sahib çıxması lazımdı” söyıyib.
Daha sonra çıxış edən Razim Məmmədov Heydər Əliyevin adını daşıyan parkda belə bir tədbirə qatıldığı üçün xoşbəxt olduğunu ifadə edib.
“İki ölkə arasında təşkil edilən qardaş ölkə ziyarətləri aramızdakı münasibləri daha da möhkəmləndirir və bu münasibətlətin gələcək nəsillərə də örnək olması lazımdır”.
Heydər Əliyevin Azərbaycanın yetişdirdiyi ən böyük adamlardan olduğunu ifadə edən Tarsus qəsəbə bələdiyyəsi Şövkət Can “qardaş ölkə olan Azərbaycanın sevincini və üzüntüsünü hər zaman paylaşırıq. Bu iki öklə arsında qardaşlığın daha da irəliləyərək davam etməsini arzu edirik” deyib.
Daha sonra Heydər Əliyev parkını gəzən rəsmilər Heydər Əliyevinin heykəlinin qarşısına qərənfillər qoyublar..
Qafar Ağayev