Modern.az

“SİAsport” adlı idman saytı açılır

“SİAsport” adlı idman saytı açılır

10 Yanvar 2011, 17:02

İdman sahəsində ixtisaslaşan internet saytlarının sırasına daha biri qoşulur. Modern.az-ın məlumatına görə, “Səs” İnformasiya Agentliyi özünün idman saytını təsis edib. Bu barədə əməkdaşımızla söhbətdə agentliyin və “Səs” qəzetinin rəhbəri Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, “SİAsport” adlı idman saytının təqdimatı yanvarın 11-də keçiriləcək.

“Həmin vaxt biz Bakı Əyləncə Mərkəzində “Səs” qəzetinin fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı mərasim keçirəcəyik. Mərasimdə idman saytımızın da təqdimatı olacaq”.

Xatırladaq ki, “Səs” qəzeti 1991-ci il yanvarın 11-də fəaliyyətə başlayıb. 2008-ci ilin avqustunda bu nəşrə aidiyyatı olan digər bir KİV - “Səs” İnformasiya Agentliyi də təsis olunub.
“SİAsport” bu media quruluşunun 3-cü orqanı olacaq.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı