Modern.az

Davudoğlu məsələsində yeni iddia- Rusiya amili, eksklüziv

Davudoğlu məsələsində yeni iddia- Rusiya amili, eksklüziv

Təhsil

5 May 2016, 20:34


 

“Ənənələri və dərin dövlət olan Türkiyədə baş nazirin vəzifədən getməsinə dair qərarlar hisslərlə deyil, dövlətin və millətin strateji maraqları əsas götürülərək, hərtərəfli təhlil olunaraq qəbul edilir”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Musa  Qasımlı Əhməd Davudoğlunun Türkiyənin baş naziri postundan getməsinə münasibət bildirərkən vurğulayıb.

Musa  Qasımlının sözlərinə görə, bəzi hallarda vəzifədən getmənin gerçək motivləri mətbuata deyilmir: “Əhməd Davudoğlunun baş nazir və AKP sədri vəzifələrindən getməsinin başlıca səbəbi Prezident Rəcəb Tayyib Ərdoğan ilə aralarındakı fikir ayrılıqları ilə bağlı deyildir. Onun dərin mənası və məqsədləri vardır.  Bu addım bir sıra dəyişikliklərə gətirəcək. Yeni baş nazir kim olursa-olsun, bundan sonra daxili və xarici siyasətdə indiyədək yol verilmiş bəzi duyğusal  bəyanatlar arxada qalacaq, ən başlıcası, ilk növbədə Rusiya ilə münasibətlərdə normallaşma üçün ciddi addımlar atılacaq və məncə, başarılı olacaq. Dəyişiklik Türkiyənin beynəlxalq mövqelərini  və hakim AKP-ni daha da gücləndirəcək”.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə