Xudat şəhərində qətl hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib.
Hadisəni törədən Şıxverdiyev Rafiq Məhəmməd oğlu Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Modern.az