Modern.az

Kanadada hava limanı yanıb

Kanadada hava limanı yanıb

Təhsil

5 May 2016, 23:52

 

Meşə yanğınları səbəbindən Kanadanın Alberta əyalətində Fort-Makmürrey şəhəri yaxınlığında yerləşən hava limanı yanmağa başlayıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki,

Kanadanın Nəqliyyat Nazirliyinin məlumatına görə, yanğın hava limanının şimal hissəsindədir.

Yanğın nəticəsində artıq otel, mağaza və bir neçə tikili sıradan çıxıb. Alov yayılmaqda davam edir. Terminallardakı sərnişinlər təhlükəsiz yerlərə təxliyə olunub. Aeroportun bütün ərazisi tüstüyə bürünüb. Bütün reyslər ləğv olunub, lakin əməkdaşların bir hissəsi hava limanının cənub hissəsində qalmaqdadır. Ötən gün regionda fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Bundan əvvəl 1,5 min nəfər təbii fəlakət zonasından təxliyə edilib.

Beləliklə təxliyə olunan Alberta sakinlərinin sayı 90 min nəfərə çatıb. Yanğının söndürülməsinə 250-dən çox yanğınsöndürən, 17 təyyarə və 12 vertolyot cəlb olunub.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə