Modern.az

90 yaşlı jurnalist yenidən mətbuata qayıdıb

90 yaşlı jurnalist yenidən mətbuata qayıdıb

Təhsil

10 Yanvar 2011, 17:48

57 il ABŞ-da Ağ Evin müxbiri vəzifəsində çalışmış, 7 ay öncə isə İsrailə əleyhinə sərt yazılar yazdığı üçün işdən azad edilən 90 yaşlı jurnalist Helen Tomas yenidən mətbuata qayıdıb. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail lobbisinin təzyiqi nəticəsində işini itirən qocaman jurnalist ona göstərilən basqılara qarşı mübarizə aparmaq qərarına gəlib. 90 yaşlı jurnalist 7 aylıq fasilədən sonra “News Press” qəzetində köşə yazarı kimi fəaliyyətə başlayıb.

Helen Tomas yəhudilər və İsrail əleyhinə yazdığı sərt yazılara görə, çalışdığı “Hearts Grup”dan çıxmaq məcburiyyətində qalmışdı.
“News Press” qəzetinin redaktoru Nikolos Benton Ağ Evin müxbirinin irqçi və ya yəhudi düşmənı olmadığına inandığını açıqlayıb.

Tanınmış jurnalist iki il əvvəl Barak Obamaya “Orta Şərqdə nüvə silahına sahib ölkə varmı” sualını vermişdi. B.Obama cavabın İsrail olduğunu bildiyi halda sualdan yayınmışdı.

Bundan sonra H.Tomas Ağ Evin ona qarşı embarqo tətbiq etdiyini bildirmişdi. O, ”prezident Nikson mətbuata belə nəzarət etməmişdi. Bizi kukla hesab edirlər” fikrini söyləmişdi.

Helen Tomas 10 ABŞ prezidenti ilə işləyib, eks-prezident Corc Buşa verdiyi cəsarətli suallarla yadda qalıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir