Modern.az

Alimentlər belə verilməlidir - RƏSMİ

Alimentlər belə verilməlidir - RƏSMİ

Təhsil

6 May 2016, 11:15

Bu gün Milli Məclisin Ailə qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin birgə iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Modern.az saytının verdiyi xəbərə görə, Ailə Məcəlləsinə edilən dəyişikliklərdən biri boşanmadan sonra uşaqlar üçün müəyyən edilən aliment məsələsidir. Boşanmalardan sonra alimentin necə ödənilməsilə bağlı deputatlar tərəfindən bəzi fikirlər bildirilib. Müzakirələr zamanı alimentin minimum məbləği, “ata işləmirsə uşağa görə nə qədər aliment tutula bilər”, “işlədiyi təqdirdə necə tənzimlənəcək” və s. fikirlər səsləndirilib.

Sovet vaxtı belə bir təcrübə var idi ki, atanın maaşından 1 uşağa görə 25 faiz tutulurdu, digər uşaqlara görə isə faiz artırılır. Məsələ ilə bağlı Ali Məhkəmənin hakimi Vəfaddin İbayev bildirib ki, sovet vaxtı olan təcrübə çox yaxşı işləyirdi:

“Hazırda rəsmi olaraq 50 faizdən çox insan işləmir, işləsə belə onun iş yeri göstərilmir . Ona görə də bəzi məsələlərin müəyyənləşdirilməsi çətin olur.

Kimlərsə şəxsi şirkət açır, qohum-əqrəbasını ora yığır, hansısa arayış lazım olanda əmək haqqının məbləğini aşağı göstərilir”. Onun sözlərinə görə, hakimlərə səlahiyyət verilib ki, atanın maaşı faizlərlə hesablanmaqla sabit aliment müəyyənləşdirilsin:

“Uşaqların minimum saxlanma səbəti 128 manatdır.  Ata işləməsə belə, hakimlər həmin atadan 128 manatı tələb edə bilər. Çünki, hazırkı reallıqda həmin uşağın normal yaşamasını təmin etmək lazımdır. Məsələn, biz 100 manat maaş alanın əmək haqqını faizlərlə hesablasaq, çox kiçik məbləğ alınacaq.

Ona görə də, məhkəmələr zamanı atanın iş yeri göstərilmirsə, o minimum 128 manat məbləği ödəməlidir.

Əgər ata işləyirsə, aliment faizlərlə hesablansın.

Hakimlərə səlahiyyət verilib ki, atanın maaşı faizlərlə hesablanmaqla sabit aliment müəyyənləşdirilsin”.

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə