Modern.az

Deputatdan yeni TƏKLİF

Deputatdan yeni TƏKLİF

Təhsil

6 May 2016, 11:21


Bu gün Milli Məclisin Ailə qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin birgə iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Modern.az saytının verdiyi xəbərə görə komitələrin birgə iclasında deputat Araz Əlizadə maraqlı təkliflə çıxış edib.

O, uşaqlarla bağlı yeni qanun layihəsi hazırlamağı məsləhət bilib. Bildirib ki, dövlət tərəfindən hər ay uşaqlara yüz manat verilməsini təsdiq edən qanun layihəsi hazırlanmalıdır.

A.Əlizadə bunun yetkinlik yaşına çatmayan uşaqlara şamil olunmasını və 18 yaşına qədər verilməsini məqbul sayıb:

“Çünki, biz gələcəyimiz üçün bunu etməliyik. Uşaqlar dövlət, vətən üçün xidmət edəcəklər.

Dövlət də bunun qarşılığında onlara yardım etməlidir. Fikrimcə bu elə də böyük məbləğ deyil”.

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə