Modern.az

“Şuşanın işğal günü cəbhədən ermənilərə ciddi mesaj verməliyik”

“Şuşanın işğal günü cəbhədən ermənilərə ciddi mesaj verməliyik”

Təhsil

6 May 2016, 12:20

“8 mayda - Şuşanın işğal günü ön cəbhədəki səngərlərimizdə əsgərlərimizin yanında olsaq, onlar daha da ruhlanar. Hər il Şəhidlər Xiyabanına gül aparırıq, şəhidlərin ruhunu yad edirik. Amma bu il 8 may günü ön xətdə, cəbhədə olsaq daha yaxşı olar”.

Bu barədə Modern.az saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyib.

Deputat söyləyib ki, Şuşanın işğal günü cəbhədən ermənilərə ciddi mesaj verməliyik:

“Biz ermənilərə azad etdiyimiz torpaqlardan  mesaj verməliyik ki, gələn il mayın 8-də Şuşada olacağıq və həmin tarixi Şuşanın işğal günü deyil, qələbə günü kimi qeyd edəcəyik.

Biz cəbhədən ermənilərə deməliyik ki, bu il 8 mayda Talışa, Lələtəpəyə, Ağdam və Xocavəndə gəlmişiksə, əl-ayağını yığışdır, gələn il də Şuşada olacağıq.

Əsgərlərimizi ruhlandırmaq, onları tək qoymamaq, mənəvi dəstək vermək üçün hər bir kəs, xüsusilə də vəzifə daşıyanlar cəbhə bölgələrində olmalıdırlar”.

Qeyd edək ki, bundan öncə  122 sayl Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova da Modern.az saytına açıqlamasıda 8 may Şuşanın işğal gününü ön cəbhədə qeyd etmək təklifi irəli sürüb.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə