Modern.az

"Türkiyə ilə viza ləğv edilməlidir"

"Türkiyə ilə viza ləğv edilməlidir"

Təhsil

6 May 2016, 12:24

 

Milli Məclisin iclası davam edir.

Modern.az xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv edilməsi və ya uzadılması təklifi ilə çıxış edib. O bildirib ki, Türkiyə son hadisələrdə hərbi və digər sahələrdə Azərbaycana dəstəyini göstərib.

“Ümumilli liderimizin qeyd etdiyi kimi bir millət iki dövlətik. Bu arada belə sisteminin indiki şəraitdə ləğv olunması və ya müddətinin uzadılması vacib olan amillərdədnir. Xüsusilə Naxçıvan Muxtar Respublikasını qeyd etmək istəyirəm.

Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Onda Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdular ki 3 aydan bir sərhədi keçsinlər. O zaman onların qazandıqları yol puluna gedəcək. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv etdi.

Azərbaycanın bütün ərazisində olmasa da Naxçıvanda viza ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya əksinə.

Müəllimlər var ki, Türkiyədə dərs deyir. Onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq”.

Spiker Oqtay Əsədov bildirib ki, bunun üzərində iş gedir.

Aytən Zəhra
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə