Modern.az

"Sərhəddə Miqrasiya Xidmətinin strukturu yaradılsın”

"Sərhəddə Miqrasiya Xidmətinin strukturu yaradılsın”

Təhsil

6 May 2016, 12:43

Milli Məclisin iclası davam edir.

Modern.az xəbər verir ki, deputat Əflatun Amaşov sərhəd keçid məntəqələrində Miqrasiya Xidmətinin strukturunun fəaliyyət göstərilməsi ilə bağlı çıxış edib.

O bildirib ki, bu ölkəyə gələn əcnəbilərlə yanaşı, başqa ölkənin vətəndaşı olan azərbaycanlıların da işini yüngülləşdirəcək.

“Gürcüstanda rəsmi 230 minə yaxın, qeyri-rəsmi 350 min azərbaycanlı yaşayır. Minlərlə ailə var ki, tərəflərdən biri Gürcüstan vətəndaşıdır və 3 aydan bir sərhədi keçməlidir. Qanunvericiliyə əsasən ölkəyə gələn əcnəbilər 10 gün müddətində qeydiyyata düşməlidir.

Onlarsa ya düşür, ya da düşmür, müəyyən probelemlərlə əlaqədar qalır. Nəticədə onlar cərimə ilə üzləşir və ya ölkəyə gəlməsinə məhduyiyyət aparılır.

Təklif edirəm ki,  sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Gürcüstandan təkcə azərbaycanlılar deyil, başqa millətlər də keçir.

Sərhəddə qeydiyyata düşmək üçün bu dəyişiklikdən əlverişli istifadə edilə bilər”. Deputat eyni zamanda Gürcüstanda qadağan olunan dərmanların Azərbaycanda istifadəsinə icazə verilməsindən danışıb.

“Məsələn, “Piralgin”. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi “Piralgin”i çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir. Nəticədə vətəndaşlar çox ciddi problemlə üzləşir. Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan hökuməti arasında bununla əlaqədar danışıqlar getməli, müəyyən razılaşmalar əldə edilməlidir”, - deyə Ə.Amaşov vurğulayıb.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, sərhəddə Miqrasiya Xidmətinin strukturunun yaradılması məsələsinə baxıla bilər.

“Lakin ikinci qaldırdığınız məsələ Gürcüstanın daxili məsələdir”,-deyə Oqtay Əsədov cavab verib.

Aytən Zəhra

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə