Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, məsələ barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Daha sonra Milli Məclis 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib. Bundan sonra Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.
Aytən Zəhra