Şimali Koreyanın televiziyası bu ölkənin lideri Kim Çen Inın Koreya Əmək Partiyasının qurultayındakı çıxışını göstərib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qeyd edilir ki, Şimali Koreyanın diktatoru ilk dəfə efirdə frençdə deyil, Avropa istehsalı olan kostyumda görünüb. Onu bu vəziyyətdə görənlərin fikrincə, gənc lider bu görkəmi ilə babası, ölkənin ilk prezidenti Kim İr Senə oxşamağa cəhd edir.
Kim Çen In nümayəndələrə ölkənin inkişafından danışıb, qeyd edib ki, Pxenyan milli suverenliyin müdafiəsini qorumağa nail olub.
Onun sözlərinə görə, Koreya Əmək Partiyasının indiki qurultayı tarixi zamanda keçirilir.
Bundan əvvəl xəbər verilib ki, qurultaya görə ölkədə toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib.
Koreya Əmək Partiyasının sonuncu qurultayı 1980-ci ildə keçirilib. 1982-ci ildə anadan olan partriyanın və dövlətin indiki rəhbəri Kim Çen In üçün bu birinci qurultaydır.
Modern.az