Modern.az

Rayonlara qar yagdı, deputatlar danışdı...

Rayonlara qar yagdı, deputatlar danışdı...

Parlament

11 Yanvar 2011, 13:07

Qış aylarını yaşamağımıza baxmayaraq, ölkədə soyuq hava cəmi bir necə gündür hiss olunur. Paytaxt hələ qara həsrət qalsa da, bəzi ucqar rayonlar artıq ilk qarın şahidi olub. Havaların soyuması, qar yağması yenidən ənəvi problemləri gündəmə gətirib. Elektirik enerjisinin, qazın verilməsində müəyyən problemlər yaranır, yollar buz bağlayır, rayonlara gediş-gəliş kəsilir və s.

Modern.az ucqar rayonların ilk qardan sonrakı vəziyyətini öyrənmək üçün həmin rayonların deputatları ilə əlaqə saxlayıb. Deputatların cavabı onu deməyə əsas verir ki, rayonlarımızda hələki ciddi problemlər yoxdur.

Rafiq Məmmədhəsənov: “Qışda qar yağar da...”

Gədəbəyin deputatı Rafik Məmmədhəsənov bildirib ki, rayona qar yağsa da, heç bir ciddi problem yoxdur: “Bilirsiniz, yanvar ayıdır, qışın oğlan çağıdır, qışda qar yağar da... Mən rayonla əlaqə saxlamışam, elə də güclü qar yağmayıb, təbii ki, belədə hər hansı ciddi bir problem də olmayacaq”.
Deputat rayonun uçqar kəndləri ilə rayonu birləşdirən yolların acıq olduğunu, elektirik enerşisinin verilməsində fasilələrin olmadığını da diqqətə çatdırıb. 

Vahid Əhmədov: “Qubada heç bir problem yoxdur”

Quba rayonunun deputatı Vahid Əhmədov isə deyib ki, ucqar kəndlərə qar yağıb: “Ucqar kənd olan Xınalıqda qar olsa da, avtomobil yolları acıqdı, maşınların hərəkətində məhdudiyyət yoxdur. Rayonun icra hakimiyyəti bütün məsələləri nəzarətdə saxlayır”.

İqbal Məmmədov: “Lerikdə 80 kəndə verilən elektrik enerjisi kəsilmişdi, indi 50-si bərpa edilib”

Qar yağan vaxt Lerikdə olduğunu bildirən bu rayonun deputatı İqbal Məmmədov dağlıq bölgəyə 50 sm-dən çox qar yağdığını söyləyib: “Ancaq yolların vəziyyəti normaldır. Mən qar yağan vaxt rayonda idim. Rayondan yenicə qayıtmışam. Hələlik ucqar kəndlərlə rayon mərkəzinin əlaqəsi normaldır, yollarda problemlər yoxdur”.
Rayonda elektirik enerjisinin verilməsi məsələsinə gəlincə isə deputat bildirib ki, yayda Lerikdə Dövlət Neft Şirkəti elektirik xətlərində kabelləşmə aparıb: “Elektirik xətlərində kabelləşmə aparıldığı üçün elektirik enerjisinin verilməsində hec bir problem yaranmaz”.
Lakin deputat rayonda olduğu vaxt rayonun 167 kəndindən 80-də elektirik enerjisi kəsilibmiş: “Rayon rəhbərliyi ilə birlikdə bu məsələnin aradan qaldırılmasına calışdıq və artıq 50 kənddə elektirik enerjisi bərpa olunub”.
Şirvan DRES-lə əlaqə saxladığını bildirən İ.Məmmədov yaxın vaxtlarda digər kəndlərə də elektirik enerjisinin veriməsinin bərpa olunacağını deyib.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü