Modern.az

Deputat Qarabağ əlillərinin şikayətlərini dinlədi

Deputat Qarabağ əlillərinin şikayətlərini dinlədi

Təhsil

7 May 2016, 13:14


Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda Qarabağ əlilləri və fiziki durumu çətin olan insanlarla görüş keçirib.

Görüşdə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü anıldı.  Sonra deputat , Heydər Əliyev və sosial-siyasət mövzusunda geniş, elmi-praktik  mühazirə söylədi.  

Müstəqil Azərbaycanın  və Sovet dövrünün sosial-siyasət sistemləri müqaisə olundu.

Heydər Əliyevin prioritetlərin seçim ustası olduğu, streotipləri sındıran liderliyi, xarizmatik şəxsiyyət olduğu Hadı Rəcəblinin xatirələrilə bir daha təsbit oldu.  

Onun sayəsində ölkə həqiqətən sosial sabitlikdən sosial rifaha doğru inamla addımlamağa başladı. Son illər hörmətli cənab prezident İlham Əliyevin sosial yönümlü addımlarını qeyd edib və bunun dövlətimizin daim diqqət mərkəzində olduğu xüsusi vurğulandı. H. Rəcəbli bildirib ki, dövlət tərəfindən əlil və fiziki imkanları məhdud olan insanların sağalması və cəmiyyətə inteqrasiya olunması üçün lazım olan bütün tədbirlər həyata keçirilir.

Deputat görüşdə iştirak edənləri düşündürən suallara cavab verib. Eyniyev Qurban Şükür oğlu, Səfərov Famil Ənvər  oğlu, Qarabağ müharibəsi əlili Qasımov Allahverən Hətəm oğlu onları düşündürən məsələlər, qanunlarda görmək istədikləri müddəalar və digər problemlərə diqqəti cəlb etdilər.  

Sualları cavablandıran Hadi Rəcəbliverilən təklifləri də dinləyib, bəzi qanunlarda həqiqətən müəyyən  boşluqlar olduğunu qeyd etdi.

Görüş iştirakçıları prezident İlham Əliyevin  bu qrup insanlara göstərdiyi daimi qayğı və diqqəti xüsusi vurğuladılar.



Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə