Modern.az

İran Azərbaycandakı hicab məsələsinə rəsmi münasibət bildirdi

İran Azərbaycandakı hicab məsələsinə rəsmi münasibət bildirdi

Ölkə

11 Yanvar 2011, 14:58

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst hicab məsələsinin Azərbaycanın daxili işi olduğunu bildirib. Modern.az-ın məlumatına görə, Ramin Mehmanpərəst Mehr agentliyinə açıqlamasında qeyd edib ki, hicab əleyhinə olan narazılığı təbii hesab edirlər. XİN rəsmisi bildirib ki, Azərbaycanın böyük əksəriyyəti müsəlman olduğundan narazılığın olması da təbiidir.

“ İran ümid edir ki, Azərbaycan rəhbərliyi bu məsələnin həlli üçün əlahiddə addımlar atmayacaq. Narazılıq dinc şəkildə aradan qalxacaq”-deyə Mehmanpərəst vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat