Modern.az

Nardaranda ağır QƏZA: 1 ölü

Nardaranda ağır QƏZA: 1 ölü

Təhsil

9 May 2016, 13:10


Bakıda ağır yol qəzası baş verib.          

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 8-də saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Maştağa qəsəbə sakinləri Rəşad Əsgərovun idarə etdiyi "Daewoo" və Əlisəttar Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü və Ə.Mirzəyevin 3 sərnişini, habelə R.Əsgərovun 1 sərnişini Sahib İsmayılov xəstəxanaya yerləşdirilib, onlardan Ağamehdi Mirzəyev orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə