Modern.az

Gəncədə arvadını bıçaqlayıb öldürən ər tutuldu

Gəncədə arvadını bıçaqlayıb öldürən ər tutuldu

9 May 2016, 17:02


Mayın 8-də Gəncə şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Ələsgərov münaqişə zəminində keçmiş arvadı Səmra Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törətdikdən sonra R.Ələsgərov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub.

Xəstəxanaya yerləşdirilmiş S.Həsənova orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...