Modern.az

Köçkün rayonlarının deputatları “çörəkpulu”nun kəsilməsinə münasibət bildirdilər

Köçkün rayonlarının deputatları “çörəkpulu”nun kəsilməsinə münasibət bildirdilər

Parlament

11 Yanvar 2011, 16:56

 

 

 

 

Astan Şahverdiyev

Nazim Fərəcov

Bəxtiyar Sadıqov

Elman Məmmədov


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bir qrup məcburi köckünün “çörəkpulu”nun kəsilməsi ilə bağlı təlimat hazırlanır. Hələlik məsələnin nə zamandan rəsmən qüvvəyə minəcəyi məlum deyil.

Amma məlum olan odur ki, valideynlərindən biri məcburi köckün olmayanlara, dövlət qulluğunda, Silahlı Qüvvələrdə çalışan məcburi köçkünlərə, məcburi köçkün rayonundan olan şəxslərlə ailə qurmuş digər rayonlardan olan qadınlara da  “çörəkpulu”nun verilməyəcək. Həmçinin, işğal olunmuş bölgələrdən Milli Məclisin üzvlüyünə seçilmiş şəxslər, digər şəhər və rayonlarda mənzil alıb, həmin yer üzrə qeydiyyata düşən ailələr də məcburi köçkün olaraq “çörəkpulu” ala bilməzlər.

Modern.az saytı məsələ ilə əlaqədar işğal olunmuş bölgələrdən seçilən deputatların mövqeyini öyrənmək istəyib.

Cəbrayıl rayonundan olan depudat Astan Şahverdiyev bildirdi ki, Nazirlər Kabinetinin belə bir qərarı yoxdur. “Ona görə də mən ortada olmayan məsələ barədə fikir söyləyə bilmərəm”.

Lacın rayonundan olan depudat Nazim Fərəcov da məsələdən xəbərsiz olduğunu bildirdi.

113 saylı Ağdam kənd seçki dairəsindən deputat Bəxtiyar Sadıqov qeyd edib ki, hələ məsələ ilə bağlı dəqiqləşmə aparılır. Ona görə də əlavə bir söz deyə bilməz.

Xocalıların Milli Məclisdəki təmsilcisi Elman Məmmədov isə dovlət qulluğunda çalışan məcburi köckünlərə verilən “çörəkpulu”nun dayandırılmasında qeyri adi bir şey görmür:
”Mən hesab edirəm ki, “çörəkpulu” ehtiyacı olan şəxslərə verilməlidir. Ancaq ayda 150-200 manat maaş alan məcburi köçkünlərin “çörəkpulu”nun kəsilməini düzgün hesab etmirəm ”.

Valideynlərdən biri məcburi köçkün olmayanların “çörəkpulu”nun dayandırlması məsələsinə münasibət bildirən millət vəkili deyib ki, əvvəllər də bununla bağlı müzakirələr gedib:
”Əgər ata məcburi köçkün deyilsə, onların uşaqlarına “çörəkpulu”nun verilməməsi normal qarşılanmalıdır. Hər halda, hesab edirəm ki, imkanı olan məcburi köckünlərə “çörəkpulu” verilməməlidir. “Çörəkpulu” ehtiyacı olan məcburi köçkünlərə verilməlidir. Bu məsələni “Dövlətqacqınkom” tənzimləyə bilər”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü