Modern.az

Qarabağda səngər qazan erməni əsgərlər tarixi əşyalar tapdılar - FOTO

Qarabağda səngər qazan erməni əsgərlər tarixi əşyalar tapdılar - FOTO

Təhsil

10 May 2016, 10:34

"Aprel döyüşləri"ndən sonra Qarabağdakı mövqelərini dəyişməyə məcbur qalan erməni əsgərlər yeni səngərlər qazarkən tarixi əşyalar tapıblar. Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar.
Qarabağdakı separatçı rejimin "rəsmiləri" dərhal hərəkətə keçərək, tapılan antik əşyaların qədim erməni mədəniyyətinin nümunələri kimi təqdim ediblər.

Qeyd edək ki, hadisə Dağlıq Qarabağın şərq istiqamətində qeydə alınıb.

İşğalçı ordunun əsgərləri mühəndis-istehkam işləri gördükləri zaman antik dövrə aid 2 bütöv kuzə, fincan və 4 boşqab aşkar ediblər. 

“Hazırda tapılmış abidələr tarixi departamentdə saxlanılır və təmizlənəcək”- deyə separatçı rejimin "rəsmisi" Diana Miricanyan deyib.

Tapıntıların aşkar edildiyi ərazidə yeni arxeoloji qazıntıların başlanacağı gözlənilir.




Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə