Modern.az

Müsavat barışığa meyllidir, AXCP isə...

Müsavat barışığa meyllidir, AXCP isə...

Təhsil

10 May 2016, 11:21

Uzun müddətdir ki, müxalifət partiyaları olan Müsavat və AXCP arasında münasibətlər dəyişməz olaraq qalırdı. Hər iki partiya çalışdığı qədər üz-üzə gəlməkdən qaçırdı.

Dəfələrlə müxalifət partiyaları siyasi məsələlərlə bağlı bir araya gəlsə də iri müxalifət partiyaları görüşlərə qatılmaqdan imtina edib.

Deyəsən, partiyalar arasında münasibətlər istiləşməyə başlayıb.   Belə ki, ötən həftənin şənbə günü Müsavat və AXCP partiyalarının üzvləri görüşlər keçiriblər. Milli Parkda çay süfrəsi arxasında keçirilən görüşün təşəbbüskarı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu olub.  

Doğrudan, tərəflər arasında buzlar əriyib?!  

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında məsələyə belə münasibət bildirib.

“Əslində, Müsavat, AXCP görüşünün nəticələri barədə məlumatsızam. Amma bunları deyəcəm. Təki buzlar ərimiş olsun! Təki münasibətlərin yaxşılaşması üçün zəmin yaranmış olsun! Müsavat Partiyası, xüsusən də, bu il qəbul etdiyi iş proqramında müxalif partiyalarla funksional əməkdaşlığa hazır olduğunu bildirib.

Bu istiqamətdə səylərinin artırılacağını bir daha bəyan edib. Bu istiqamətdə bildiyimiz yolla gedəcəyik. Real müxalifət partiyaları ilə funksional əməkdaşlıq etməkdə maraqlıyıq.

Bu istiqamətdə bizim addımlar dəstəklənəcəksə, buna ancaq sevinəcəyik”.

AXCP  isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. AXCP sədrinin müavini Nurəddin Məmmədli bu barədə danışmaq istəmədiyini bildirib.  

Namidə Bingöl

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə